AZ

"Uniper" Azərbaycanla əlavə qaz tədarükünü müzakirə etməyi planlaşdırır - Mixael Hilmer (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

"Uniper" Azərbaycandan qaz tədarüklərini artırmaq imkanlarınımüzakirə etməyi planlaşdırır.

Bu barədə Trend-ə özəl müsahibəsində "Uniper" şirkətininvitse-prezidenti Mixael Hilmer deyib.

"Azərbaycan Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyi vəenerji mənbələrinin şaxələndirilməsi üçün mühüm ölkədir. "Uniper""Şahdəniz-2" yatağından təbii qazın alıcısı kimi AzərbaycandanAvropaya qaz tədarüklərini asanlaşdırmağa kömək edir. Hazırda"Uniper" üçün əsas məsələlərdən biri tədarüklərin təhlükəsizliyinintəmin edilməsi və portfeldə enerji axınlarının şaxələndirilməsidir.SOCAR-ın əsas oyunçulardan biri olduğu Azərbaycan etibarlı və sabittədarüklər baxımından özünü çox etibarlı tərəfdaş olaraqtəsdiqləyib. Xüsusən Cənub Qaz Dəhlizinin ixrac imkanlarının ikiqatartırılması planı çərçivəsində Azərbaycan və Avropa Komissiyasıarasında 2022-ci ilin ortalarında imzalanan strateji enerjitərəfdaşlığın fonunda bu qazın tədarüklərinin potensial artımınımüzakirə etməyi səbirsizliklə gözləyirik", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, dekarbonizasiya və enerji keçidi də"Uniper" və SOCAR-ın ümumi fəaliyyət istiqamətləridir və hər ikişirkət görüşlər, seminarlar təşkil etməklə və obyektləri ziyarətetməklə müxtəlif təşəbbüslərdə fəal iştirak edir.

"Karbon neytrallığı sahəsində qarşıya qoyduğumuz məqsədlərəçatmaq üçün əməkdaşlığımızı genişləndirməyə hazırıq. "Uniper" vəSOCAR 2008-ci ildən əməkdaşlıq edir. 2014-cü ildə SOCAR və "Uniper"rəsmi əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə bütünlükdətexnologiya, enerji biznesi və personalın idarə olunması üzrəaparıcı təcrübə mübadiləsini nəzərdə tutur", - deyə vitse-prezidentqeyd edib.

Mixael Hilmer həmçinin qeyd edib ki, hazırda "Uniper" və SOCARarasında əməkdaşlığın əsas mövzularını enerji səmərəliliyi, enerjikeçidi və dayanıqlı inkişaf, bərpa olunan enerji mənbələri vəekoloji cəhətdən təmiz yanacaq, o cümlədən STEM (elm, texnologiya,mühəndislik və riyaziyyat) və liderlik sahəsində qadınlar təşkiledir.

Bundan başqa, vitse-prezident Hilmer əlavə edib ki,"SOCAR-Uniper" MMC hazırda enerji səmərəliliyinintəkmilləşdirilməsi və artırılması üzrə ilk layihənin icrasını başaçatdırır.

"Əsas məqsəd enerji səmərəliliyi sahəsində birgə layihələrinhəyata keçirilməsidir. Hazırda birgə müəssisə Sumqayıtda"Azərikimya" İB-də yerləşən buxar generatoru kompleksinintəkmilləşdirilməsi və səmərəliliyinin artırılması üzrə ilklayihənin icrasını başa çatdırmaq üzrədir", - vitse-prezidentdeyib.

Onun sözlərinə görə, hazırda zavod etilen istehsal edən zavodubuxar və elektrik enerjisi ilə təmin edir.

"Yeni buxar turbininin quraşdırılması və mövcud enerjibloklarının modernləşdirilməsi elektrik istehsal gücünün 52 MVtartmasına və enerji səmərəliliyinin əhəmiyyətli dərəcədəyüksəlməsinə səbəb olacaq", - deyə Mixael Hilmer açıqlayıb.

Bütünlükdə şirkətin vitse-prezidenti SOCAR ilə "Uniper" arasındabərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün genişimkanların olduğunu vurğulayıb.

""Uniper" və SOCAR hər ikisi karbon qazı emissiyalarınınazaldılması üzrə məqsədlərinə nail olmaq üçün özlərinin əsasbazarlarında bərpa olunan enerji portfelini inkişaf etdirənşirkətlərdir. Azərbaycanda Avropaya ekoloji cəhətdən təmiz elektrikenerjisi ixrac etmək niyyəti ilə bərpa olunan enerji sahəsində nəqədər layihələrin hazırlanması heyrətamizdir", - o deyib.

Vitse-prezident qeyd edib ki, SOCAR Azərbaycanda 1 GVt gücündəbərpa olunan enerji layihəsinə qoşulmaqla bağlı səhmdar sazişininimzalandığını yeni bəyan etdiyindən, "Uniper" Polşada 600 MVtgücündə quruda külək enerjisi layihəsinin inkişafı üzrətərəfdaşlığa yenicə daxil olub.

""Uniper" 2030-cu ilədək əsas Avropa bazarlarını hədəf almaqla,quruda 10 GVt gücündə külək və günəş elektrik stansiyaları inşaetməyi planlaşdırır", - Hilmer vurğulayıb.

O həmçinin deyib ki, "Uniper" hazırda ekoloji cəhətdən təmizhidrogenin saxlanması üçün Almaniyanın şimalındakı keçmiş təbii qazanbarından istifadə imkanını sınaqdan keçirir.

"2030-cu ilə qədər ümumi 250-600 GVt/saat gücündə qaz hasilatıplanlaşdırılır", - o deyib.

Eyni zamanda, "yaşıl" hidrogen də "Uniper" və SOCAR arasındaəməkdaşlıq çərçivəsində bilik mübadiləsinin mövzusu olub.

""Uniper" üçün hidrogen dekarbonizasiya və enerjiyə keçidstrategiyasının mühüm komponentidir. 2023-cü ilin avqustunda"Uniper" "Enerji keçidinin sürətləndirilməsi - çevik,balanslaşdırılmış, fərdi" adlı yeni strategiyasını dərc etdi."Uniper" iqtisadi artım və enerji transformasiyasına mühüm vəsaityatırmaqla 2040-cı ilədək karbon neytrallığına nail olmaq istəyir",- o deyib.

Vitse-prezidentin sözlərinə görə, planlara 15-20 QVt gücündəelektrik enerjisi istehsalının inkişafı daxildir ki, bu da 2030-cuilə qədər 80 faiz ekoloji olacaq.

"Bundan başqa, "Uniper" Avropaya qaz tədarüklərinintəhlükəsizliyini artırmaq üçün qaz portfelini şaxələndirir. Şirkət2030-cu ilə qədər portfelinin 5-10 faizinin təmiz qazlardan, ocümlədən təmiz hidrogen, onun törəmələri və biometandan ibarətolmasına çalışır", - o deyib.

O qeyd edib ki, bu məqsədə ekoloji cəhətdən təmiz elektrikdənhidrogen hasil etmək üçün gücü 1 QVt-dan çox olan elektrolizatoruntikintisi, ekoloji cəhətdən təmiz hidrogen və onun törəmələri,eləcə də biometan çeşidlərinin hazırlanması ilə nail olunacaq."Bunlar "Uniper"in atdığı bəzi addımlar olmaqla gələcək enerjiböhranlarının zərərli təsirlərini məhdudlaşdırmağa imkan verəcək",- o deyib.

"Dekarbonizasiya əksər enerji şirkətlərinin hazırkı işləmələrivə fəaliyyətlərində əsas mövzulardan biridir. Bunu burada forumda,müxtəlif təqdimatlarda və ictimai elanlarda görmək mümkün idi.Lakin Avropada enerji böhranı zamanı baş verənlər fonundatədarüklərin təhlükəsizliyi və diversifikasiya getdikcə daha mühümmövzulara çevrilir. Əksər enerji bazarlarının üzləşdiyi əsasproblemlərdən biri mövcud və yeni enerji növlərinininteqrasiyasıdır. Bu baxımdan, "Uniper" və SOCAR-ın bir-birinintəcrübəsini mənimsəyə biləcəyi bir çox sahələr olacaq", - deyə oəlavə edib.

Bu arada vitse-prezident Hilmer xatırladıb ki, "Uniper" 5-6 iyuntarixlərində keçirilən 29-cu Bakı Enerji Forumunun bürünc sponsoruqismində Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu"mövzusunda sessiya keçirib.

"Bakı Enerji Forumu Azərbaycanda və regionda fəaliyyət göstərənəsas yerli maraqlı tərəflər və beynəlxalq biznes ictimaiyyəti iləəlaqələrin qurulması və möhkəmləndirilməsi üçün son dərəcə mühüməhəmiyyət kəsb edən tədbirdir. Bundan başqa, forum neft-qazsektorunda yeni işləmələr, o cümlədən dekarbonizasiya, bərpa olunanenerji mənbələri və ölkədə enerji keçidi üzrə layihələr brədə əlaməlumat mənbəyidir. Bütün bu mövzular "Uniper"in enerji keçidininsürətləndirilməsi üzrə yeni strategiyasının icrasında böyükəhəmiyyət kəsb edir", - vitse-prezidenti Mixael Hilmer sondadeyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
2
az.trend.az

3Mənbələr