"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən Amid Alxasov faciəli şəkildə ölüb.
Fanat.Az xəbər verir ki, bu barədə "Səbail" futbol klubu məlumat yayıb.
Qeyd edilib ki, son mövsümü icarə əsasında "Səbail"in U-19 komandasına keçirən futbolçu həyatını itirib.
O, Qusarda yaxınları ilə istirahətdə olan zaman kanalda çimmək istəyərkən boğularaq dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, Amid Alxasov "Vətən" İdman Liseyinin 10-cu sinif şagirdi imiş.