AZ

UNESCO-nun sessiyasında Azərbaycanın bəyanatı səsləndirildi

UNESCO-nun mənzil-qərargahında “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası”na tərəfdaş ölkələrin 10-cu sessiyası işinə başlayıb.

Publika.az xəbər verir ki, sessiyada Azərbaycan UNESCO yanında Daimi Nümayəndəliklə təmsil olunur.

Sessiyanın ilk günü Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ölkəmizin milli bəyanatını səsləndirib. O, Azərbaycanın Konvensiyanın dəyər və prinsiplərinə sadiqliyini vurğulayaraq ölkəmizin silahlı münaqişələr və təbii fəlakətlər zamanı qeyri-maddi mədəni irsin qorunmasına töhfə verdiyini bildirib.

Ermənistan tərəfindən maddi və qeyri-maddi mədəni irsimizin dağıdılması ilə bağlı danışan E. Abdullayev 30 illik işğal dövründə Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin dağıldığını sessiya iştirakçılarının diqqətinə çatdırıb. O, Ermənistanın işğalı nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün çövkən, xalçaçılıq və muğam kimi qeyri-maddi mədəni irslərini öz doğma yurdlarında həyata keçirmək hüququndan məhrum edildiyini qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
5
publika.az

6Mənbələr