AZ

Hərbçimiz dəfn olunub...

İyunun 9-da naməlum şəraitdə itkin düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynov bu gün Ordubad rayonunun Gənzə kənd qəbirstanlığında torpağa tapşırılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, onun nəşi Ordubad rayonu Gənzə kəndinə gətirilib.

Dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, hərbi qulluqçular, rayon və kənd sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
2
sia.az

4Mənbələr