AZ

“Turan Tovuz”un yeni baş məşqçisi bəlli oldu

"Turan Tovuz"un yeni baş məşqçisi müəyyənləşib.

Yenisabah.az Matc.az-a istinadən xəbər verir ki, Ayxan Abbasovla yolları ayıran Qərb təmsilçisi onun yerinə əcnəbi mütəxəssis gətirib.

Belə ki, bölgə komandasının türkmənistanlı mütəxəssis Qurban Berdiyevlə danışıqları müsbət yekunlaşıb. 71 yaşlı çalışdırıcı bu məqsədlə üç gün öncə Azərbaycana dəvət olunub.

1986-cı ildə məşqçiliyə başlayan Berdiyev karyerası ərzində "Taraz", "Gənclərbirliyi", "Kayrat", "Rubin", "Rostov", "Traktor", "Soçi" klublarını, həmçinin Türkmənistan yığmasını çalışdırıb. Onun son iş yeri isə bu il ayrıldığı Mahaçqala "Dinamo"su olub.

Berdiyevin əsas uğurları "Rubin"lə bağlıdır.

O, Kazan klubunda iki dəfə Rusiya Premyer Liqası və Rusiya Superkubokunu, bir dəfə isə Rusiya Kubokunu qazanıb.

Berdiyev gələn həftə Bakıya gələcək və tərəflər rəsmi müqaviləyə imza atacaqlar.

Qeyd edək ki, "Turan Tovuz" Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünü altıncı pillədə başa çatdırıb.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
24
yenisabah.az

10Mənbələr