AZ

Prezident Elçin Məmmədovu vəzifəyə təyin etdi

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna rektor təyin olunub.

XALQ.AZ məlumat verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Elçin Əli oğlu Məmmədov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna rektor təyin edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bu ilin martında İlham Əliyevin Sərəncamı ilə polkovnik Elçin Əli oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib. Bundan öncə “Vətən uğrunda” medalına layiq görülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
6
xalq.az

10Mənbələr