AZ

Rəşad Mahmudov vacib təkliflə çıxış etdi

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin  növbəti iclası  keçirilib.

Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsin müzakirə olunub.

XALQ.AZ  xəbər verir ki, Milli Məclisin deputat Rəşad Mahmudov   komitə  iclasında çıxış edərərək  qanuna dəyişikliklə bağlı fikirlərini bildirib.

Deputat  bildirib ki,  bu əgər əmi uşaqlarının, bibi uşaqlarının evlənməsini qadağan edən maddədirsə, burada dini məsələlər, milli dəyərlərimiz və insanların hüquq və azadlıqları iki qütbə ayrılır. Bu cür evlilikləri qadağan etmək, bəlkə də beynəlxalq hüquq səviyyəsində suallar, problemlər yarada bilər”.

Rəşad Mahmudov  çıxışında təklif edib ki, düşünürəm ki, bu məsələdə insanları maarifləndirərək, bilgi verərək mane ola bilərik. Fikrimcə, buna əngəl olmaqla, qadağa qoymaqla əksinə ona qarşı gələnlərin, alternativ yollar axtaranların sayı artacaq”, – deyə deputat qeyd edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
1
xalq.az

10Mənbələr