AZ

Zaxarova Qərb mediasını ikiüzlülükdə ittiham edib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avstriya Radio və Televiziyasının Moskva bürosunun jurnalisti Mariya Knieps-Witting-in akkreditasiyasını geri götürməsinə tənqidlə reaksiya verdikdən sonra Qərb mediasını ikiüzlülükdə ittiham edib.

Oxu24.com xəbər verir ki, o, bu barədə şəxsi Teleqram kanalında yazıb.

Zaxarova vurğulayıb ki, akkreditasiyanın ləğvi yalnız "TASS"-ın müxbiri İvan Popovun Avstriyadan qovulması üçün cavab tədbiridir.

"Qərbliləri bir daha xəbərdar edəcəm: jurnalistlərimizə toxunsanız, digər müxbirlər evlərinə gedəcəklər",-deyə Zaxarova bildirib.

Xatırladaq ki, aprelin 30-da Avstriya "TASS"-ın müxbiri İvan Popovun daimi akkreditasiyasını ləğv edib, bundan sonra ona yaxın iki həftə ərzində ölkəni tərk etmək əmri verilib. Jurnalistə bu qərarla bağlı heç bir əsas verilməyib. İyunun 7-də o, ölkəni tərk edib. İyunun 10-da isə cavab tədbiri olaraq avstriyalı jurnalist Knieps-Witting akkreditasiyadan məhrum edilib.

Yeganə

Mənbə: Lenta.ru

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
50
oxu24.com

10Mənbələr