AZ

Azərbaycanda futbolçunun faciəli ölümünün TƏFƏRRÜATI

"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən Amid Alxasovun ölümünün bəzi detalları məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə hadisə bu gün baş verib.

Belə ki, Qusarda yaxınları ilə istirahətə gedən Amid gilas bağlarını suvarmaq üçün çayın yaxınlığında düzəldilmiş kanalda çimmək istəyib. Onun boğulduğunu görən yaxınları kömək etmək istəsələr də, batan futbolçunu xilas etmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, Amid Alxasov "Vətən" İdman Liseyinin 10-cu sinif şagirdi imiş.

22:18

"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən Amid Alxasovun ölüm səbəbi məlum olub.

Oxu.Az-ın məlumatına görə, futbolçunun yaxınları bildiriblər ki, o, dənizdə boğularaq dünyasını dəyişib.

21:16

"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən Amid Alxasov faciəli şəkildə ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə "Səbail" futbol klubu məlumat yayıb.

Qeyd edilib ki, son mövsümü icarə əsasında "Səbail"in U-19 komandasına keçirən futbolçu həyatını itirib.


BiG.Az
Seçilən
101
8
big.az

10Mənbələr