AZ

Leninqrad vilayətində pensiyaçının mumiyalanmış meyiti tapılıb

Leninqrad vilayətinin Nikolskoye şəhərindəki mənzildə yaşlı qadının mumiyalanmış meyiti tapılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, cəsəd təxminən altı aya yaxın orada olub.

Təcili yardımı təqaüdçünü uzun müddət görməyən qonşular çağırıb.

İlkin məlumata görə, qadın təxminən altı ay əvvəl dünyasını dəyişib.

...Cəsəd təxminən üç aydan altı aya qədər orada qalıb.

Bunu mənbə bildirib.

Meyitin üzərində zorakılıqla ölümə dair heç bir xarici əlamət yox idi.

Təqaüdçünün tək yaşadığı məlum olub. Hazırda ekspertlər onun ölümünün dəqiq səbəbini öyrənməlidirlər.

Nazlı

Seçilən
65
sia.az

1Mənbələr