AZ

Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşdü 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransı çərçivəsində ukraynalı həmkarı Dmitri Kuleba ilə humanitar yardım daxil olmaqla bir sıra məsələləri müzakirə edib.   Manset.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransı çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb. Nazirlər müxtəlif sahələrdə, o cümlədən humanitar yardım, nəqliyyat və əlaqə sahələrində Azərbaycan-Ukrayna əməkdaşlığını müzakirə ediblər. Həmçinin son regional proseslər, Azərbaycan-Ermənistan sülh və normallaşma prosesinə toxunulub”, – XİN-in mətbuat xidməti diqqətə çatdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
12
manset.az

10Mənbələr