AZ

"Belə oyuna görə Azərbaycan millisini təbrik edirəm"

style='margin-bottom:10px;'>

"Bu cür oyun azarkeşlərin xoşuna gəlir. Çünki qol epizodları bol idi. Meydanda iki layiqli rəqib qarşılaşdı. Belə oyundan sonra Azərbaycanı təbrik edirəm".

QOL.az-ın Macarıstana ezam olunan müxbiri xəbər verir ki, bu sözləri Qazaxıstan millisinin məşqçisi Ruslan Baltiyev Azərbaycan millisi ilə yoldaşlıq oyunundan (2:3) sonra keçirilən mətbuat konfransında deyib. O, məğlubiyyəti belə şərh edib:  "Düşünmürəm ki, təkcə cərimə zərbəsindən buraxdığımız qola görə uduzduq. Çünki iki qol buraxmışdıq. Sadəcə konsentrasiya çatışmadı və uduzduq". 

O, yol verdikləri səhvlərə görə məğlub olduqlarını söyləyib: "Məğlubiyyət istənilən halda, xoş deyil. Bu cür oyun yalnız azarkeşlərə xoş ola bilər. Amma məşqçilər üçün çətin oyundur. Səhvlərimizə görə uduzduq. İşləməli və düzəltməli olduğumuz məsələlər var. Hər məğlubiyyətdən sonra analizlər etməliyik ki, bəlkə hardasa nəyisə qeyd etməmişik. 0:2-dən sonra hansısa rahatlığımız yox idi. Biz oynamağa davam edirdik. Yoldaşlıq görüşüdür".

Seçilən
80
3
teleqraf.com

3Mənbələr