AZ

ABŞ alimləri qida allergiyasının yeni müalicə üsulun hazırlayıblar

ABŞ-ın nüfuzlu Miçiqan Universitetinin alimləri nanohissəciklər əsasında inyeksiyalardan istifadə etməklə qida allergiyasının müalicəsi üsulunu hazırlayıblar.  

525.az xəbər verir ki, siçanlar üzərində aparılan araşdırma allergen tərkibli nanohissəciklərin iki inyeksiyasının qida allergiyası testi zamanı anafilaktik şokun qarşısını tamamilə aldığını müəyyən edib.

Alimlər hesab edirlər ki, bu gün qida allergiyasının müalicəsi üçün mövcud metodlar təsirsizdir. Onların yeni metodu immun sisteminin allergenə reaksiya verməməsi üçün sadəcə bir neçə inyeksiya təklif edir.  

Nanohissəciklər immun hüceyrələrə nüfuz edir və allergenlərə cavab olaraq iltihaba səbəb olan T hüceyrələrini sıxışdırır. Tədqiqatlar göstərib ki, müalicə bəzi iltihablı T hüceyrələrini allergenə qarşı immun reaksiyasını boğan tənzimləyici T hüceyrələrinə yenidən proqramlaşdırır. 

Alimlər hər hansı qidaya qarşı allergiyanın müalicəsi metodunu təkmilləşdirməyi planlaşdırırlar. 
Pərvanə






















Bizi İnstagramda izləyin

Seçilən
156
525.az

1Mənbələr