AZ

Azərbaycan millisi Qazaxıstana qalib gəlib

Futbol üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

Aznews.az xəbər verir ki, Qazaxıstanla üz-üzə gələn Arif Əsədovun rəhbərlik etdiyi yığmamız 3:2 hesabı ilə qələbə qazanıb.

Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum” stadionunda baş tutan qarşılaşmaya aktiv başlayan rəqib komanda 2-ci dəqiqədə Yan Voroqovskiylə hesabı açıb. 28-ci dəqiqədə Maksim Samorodov növbəti dəfə millimizin qapısına yol tapıb.

Bununla belə, ruhdan düşməyən futbolçularımız fasiləyə 3 dəqiqə qalmış Mahir Emreli ilə hesab arasındakı fərqi minimuma endirib. 51-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Emin Mahmudov “status-kvo”nu bərpa edib. Yığmamızın qələbə qoluna isə 73-cü dəqiqədə fərqlənən Toral Bayramov imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
19
aznews.az

10Mənbələr