AZ

ABŞ fələstinlilərə 404 milyon dollarlıq yardım göndərəcək

ABŞ Qəzzada, İordaniya çayının qərb sahillərində və regionda yaşayan fələstinlilərə dəstək üçün 404 milyon dollarlıq humanitar yardım paketini təsdiqləyib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bununla da ABŞ-ın regionda fələstinlilər üçün ayırdığı humanitar yardımın ümumi həcmi 674 milyon dollar təşkil edəcək.

“Fələstin xalqına yardımla bağlı ən böyük humanitar donor kimi biz ağır şəraitdə olan mülki şəxslərin daha çox yardıma ehtiyac olduğunu qəbul edirik və bütün donorları Qəzzadakı və bölgədəki fələstinlilərin həyatlarını xilasetmə əməliyyatlarını dəstəkləməyə çağırırıq. Bu yeni maliyyə Qəzza, İordaniya çayının qərb sahilləri və bölgədəki həssas fələstinlilərə qida, təhlükəsiz içməli su, səhiyyə, müdafiə, təhsil, sığınacaq və psixososial yardım daxil olmaqla mühüm sahələrdə dəstək verəcək. Birləşmiş Ştatlar böhrandan təsirlənən insanların humanitar ehtiyaclarını qarşılamaq öhdəliyinə sadiq qalır”, - deyə Dövlət Departamentinin mətbuat xidmətinin yardımla bağlı açıqlamasında deyilir.

ABŞ digər donorları Qəzzada və regionda humanitar yardıma töhfə verməyə, münaqişədən zərər çəkənlərə dəstəyi artırmağa və böhranın davamlı həll yollarını tapmaq üçün birlikdə işləməyə çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
2
sia.az

3Mənbələr