AZ

Emin Mahmudov yığmada vurduğu qolların sayında Qurban Qurbanova çatdı

Azərbaycan millisinin kapitanı Emin Mahmudov Qurban Qurbanovun 20 illik rekordunu yeniləyib.

32 yaşlı yarımmüdafiəçi buna Qazaxıstanla yoldaşlıq matçında nail olub. O, 50-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Nəticədə Emin millidə vurduğu qolların sayını 14-ə çatdırıb. Bununla da o, Qurban Qurbanovun 20 illik rekordunu təkrarlayıb.

Qeyd edək ki, Q.Qurbanov 1992-2005-ci illərdə Azərbaycan millisinin formasını geyinib. Emin isə 2016-cı ildən yığmamızın üzvüdür. \\Redaktor.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
11
hurriyyet.az

10Mənbələr