AZ

Azərbaycan Qazaxıstanı məğlub etdi

Azərbaycan millisi Macarıstanın Sombatxey şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoldaşlıq görüşünü keçirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 18:00-da “Haladas SportKomplexum” stadionunda Qazaxıstan yığması ilə qarşılaşıb.

Oyunun birinci hissəsində qapısında iki qol görən yığmamız fasiləyə kimi bunlardan birinin əvəzini çıxa bilib. Qarşılaşmanın ikinci hissəsində daha üstün oyun sərgiləyən Azərbaycan millisi rəqib qapısından daha iki qol keçirərək oyunda geridönüş edə bilib.

Qeyd edək ki, milli iyunun 7-də eyni stadionda keçirilən yoldaşlıq oyununda Albaniya yığmasına 1:3 hesabı ilə məğlub olub.

Yoldaşlıq görüşü
11 iyun

Azərbaycan – Qazaxıstan - 3:2
Qollar: Mahir Emreli, 42, Emin Mahmudov, 51(pen.), Toral Bayramov, 73 // Voroqovskiy, 2, Samorodov, 28

Hakimlər: Bence Csonka, Theodoros Georgiu, Balazs Szalai, Reka Molnar
“Haladas SportKomplexum”

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev (Q), 2. Amin Seydiyev, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (K), 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 15. Bədavi Hüseynov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 12. Rza Cəfərov, 23. Rəşad Əzizov, 4. Bəhlul Mustafazadə, 6. Emil Mustafayev, 7. Coşqun Diniyev, 9. Vüsal İsgəndərli, 14. Elvin Bədəlov, 18. Ceyhun Nuriyev, 19. Emil Səfərov, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı
Baş məşqçi: Arif Əsədov

Qazaxıstan: 1. Aleksandr Zarutski (Q) (K), 3. Nurali Alip, 4. Marat Bıstrov, 7. Ramazan Orazov, 8. Askat Taqirberqen, 10. Maksim Samorodov, 11. Yan Voroqovski, 17. Abat Aymbetov, 18. Adilet Sadibekov, 22. Aleksandr Maroçkin, 24. Alibek Kassum
Ehtiyat oyunçular: 12. İqor Şatski, 15. Danil Ustimenko, 2. Sergey Maliy, 5. İslambek Kuat, 6. Aibol Abiken, 9. Baurjan İslamxan, 13. Roman Asrankulov, 14. Arman Kenessov, 16. Yerkin Tapalov, 19. Ruslan Valiullin, 20. Mixail Qabişev, 21. Elxan Astanov, 23. Temirlan Yerlanov, 25. Ramazan Karimov.
Baş məşqçi:Ruslan Baltiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
1
sia.az

10Mənbələr