AZ

Mərkəzi Elmi Kitabxanada yeni nəşrlərin sərgisi keçirilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) yeni daxil edilən nəşrlərin sərgisi keçirilir.

Bu barədə 525.az-a MEK-dən bildirilib. Ümumilikdə 102 adda nəşrin təqdim edildiyi sərgidə Azərbaycan dövlətçiliyi sahəsində dəyərli kitablardan “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” beynəlxalq konfransın materialları, “Heydər Əliyev – İlham Əliyev müasir Azərbaycanın liderlik fəlsəfəsi və dövlətçilik təcrübəsi”, “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət”, “Heydər Əliyev 100 faktın tarixi”, “Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət”, “Qarabağ tarixi 1920-1990”,“Zəfər marşı” və digərləri nümayiş olunur.

Bundan əlavə, müxtəlif elm sahələrini əhatə edən “Avesta Yasna”, “Qədim Roman dilləri”, “Roman filologiyasına giriş”, “Nəqliyyatda intellektual idarəetmə sistemləri”, “Azərbaycanın neft-qaz yataqları və perspektivli strukturları” üç kitab, “Mikroorqanizmlərin genetikası”, “Qədim dövrdə Azərbaycanda elmi biliklərin və təhsilin təşəkkülü”, “Nevrologiyada müayinə metodları (şkalalar, testlər, sorğu anketləri)” tədris-metodiki vəsait, “Nevrologiya”, “Azərbaycanda riyaziyyat elminin tarixi”, bədii ədəbiyyat kitablarından Vaqif Bəhmənlinin “Əsərlər”i çoxcildliyi, "Keçmişdən gələcəyə", Hürzad Əhmədlinin "Ruhum yaşayacaq bu sətirlərdə", o cümlədən Şəmsəddin Küzəçinin “Kərkükün milli yazıçısı Əta Tərzibaşının həyatı və əsərləri”, İsgəndər Atillanın “Əsrin şairi. Cavid etikası”, "Şuşanın görkəmli simaları" və s. kitablar sərgilənir.

Sərgi iki həftəyədək davam edəcək.

Sevinc Qarayeva 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
2
525.az

3Mənbələr