AZ

Azərbaycanla Misir arasında iqtisadi əlaqələr ən yüksək səviyyədədir ŞƏRH

Ortaq mədəniyyətə malik Azərbaycan-Misir münasibətləri qədim tarixi köklərə bağlıdır. İki dost ölkə arasında hələ Orta əsrlərdən xalqlararası əlaqələr qurulub. Hələ keçmiş sovetlər dönəmində belə qorunub-saxlanan bu əlaqələr müstəqillik illərində daha da möhkəmlənib. Qarşılıqlı səfərlər Azərbaycan dövlətinin beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfə verməkdədir. Ölkəmizin çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də ərəb dövlətləri ilə əlaqələr təşkil edir. Müstəqil Azərbaycanın yürütdüyü xarici siyasət kursunda mühüm faktor olan islam ölkələri sırasında Misir başlıca yerlərdən birini tutur. Ərazi bütövlüyümüz məsələsində hər zaman respublikamızı müdafiə edən Misir Ərəb Respublikası 44 günlük Vətən müharibəsindəki Zəfər savaşı günlərində və ondan sonra da Azərbaycanın haqlı mövqeyinə dəstək verib. İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda da Azərbaycan həmişə rəsmi Qahirənin dəstəyini qazanıb. Bundan əlavə, siyasi-mədəni əlaqələr və son illər Azərbaycanla Misir arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir.

1994-cü ildə Ulu öndət Heydər Əliyev BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirədə işgüzar səfərdə olarkən Misir Prezidenti ilə görüşüb. Liderlərin bu görüşündə Azərbaycan-Misir münasibətlərinin yeni perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində çox mühüm məsələlər müzakirə edilib. Ümummilli liderin əlaqələri inkişaf etdirmək istiqamətində həyata keçirdiyi siyasətin nəticəsi olaraq 2005-ci il noyabrın 6-13-də Misirdə Azərbaycan və 2006-cı il noyabrın 20-28-də Azərbaycanda Misir Mədəniyyəti Günləri keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Misirə bu günlərdə uğurla baş tutan rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açır. Hər iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafı və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək səfərin məqsədidir. Qeyd edək ki, səfərin gündəliyi kifayət qədər geniş olub: Bir sıra mühüm görüşlər keçirilib, yeni sənədlər imzalanıb, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Bəli, imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ticarət dövriyyəni artıracaqdır. İlk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaqdır.

Dövlətimizin başçısı öz çıxışında qeyd edib ki, beynəlxalq məsələlər istiqamətində ölkələr arasında fikir ayrılığı yoxdur və Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, bütün beynəlxalq məsələlərdə fikrirlər üst-üstə düşür. Ölkələr beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirlər və Misirin dəstəyi ilə Azərbaycan 4 il ərzində Qoşulmama Hərəkatına sədrlik edib.

Azərbaycan-Misir münasibətləri bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu, hər iki xalqın milli maraqlarına cavab verir. Ölkələr arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
2
sesqazeti.az

4Mənbələr