AZ

Nəsimi rayonunda “Biz narkotikə yox deyirik” adlı növbəti maarifləndirici tədbir keçirilib - FOTOLAR

Nəsimi rayonunda  fəaliyyət göstərən 35 saylı tam orta məktəbdə “Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi qrupunun, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası”nın, rayon Polis İdarəsinin, Nəsimi Bələdiyyəsinin, rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin, rayonun tam orta məktəblərində fəaliyyət göstərən psixoloqların, uşaq birlikləri rəhbərlərinin və məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Biz narkotikə yox deyirik” adlı növbəti maarifləndirici tədbir keçirilib.  

Mia.az xəbər verir ki, tədbirdən öncə iştirakçılar məktəbin foyesində nümayiş olunan şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
3
mia.az

10Mənbələr