AZ

Bakı sakini itkin düşüb - FOTO

Lerik rayonunda anadan olmuş hazırda Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi sakini olan 1998-ci il təvəllüdlü Muxtarova İlahə Teymur qızı 07.06.2024-cü il tarixində saat təxminən 05:45 radələrində yaşadığı Südçülük Savxozu ərazisindəki evindən çıxıb və indiyədək geri qayıtmayıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İ.Muxtarovanın əlamətləri bunlardır: Boyu 156 sm, arıq bədən quruluşlu, saçları qara, gözləri qəhvəyi rəngindədir. Üzünün sağ hissəsində kəsilmiş yara izi var.

Onun barəsində məlumatı olanlardan Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə, “102” Xidməti Zəng Mərkəzinə, 012-456-03-02, 055-250-85-05, 055-233-22-34, 051-571-03-11, 012-590-72-03 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

2
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
25
redaktor.az

10Mənbələr