AZ

ABB-nin səhmlərinə abunə yazılışı başlandı

Bakı. Trend:

11 iyun 2024-cü ildə ABB-nin səhmlərinə abunə yazılışınınbaşlanması ilə bağlı tədbir keçirilib. “ABB səhmdarı ol! -Mərkəzdən hər kəsə!” devizi ilə keçirilən tədbir üçünsimvolik məkan seçilib. Tədbir ötən əsrin əvvəllərində məhz bankbinası kimi tikilmiş, fasadında “Банкъ” sözü olan, 90-cı illərinəvvəllərində ABB-nin baş ofisinin, hazırda isə Mərkəzi filialınınfəaliyyət göstərdiyi tarixi məkanda təşkil olunub.

Tədirdə ABB rəhbərliyi ilə birgə, Azərbaycan Mərkəzi Bankının,Bakı Fond Birjasının, Milli Depozit Mərkəzinin, Azərbaycan BanklarAssosiasiyasının rəhbərliyi də iştirak edib.

Abunə yazılışı 3 ay davam edəcək. Bankın 322 000 000 ədəd səhmisatışa çıxarılıb. Bir səhmin minimal qiyməti 27 qəpikdir. Abunəyazılışı dövründə vətəndaşlar sifarişlərini 27 qəpik, yaxud dahayuxarı qiymətlə təqdim edə bilərlər. Bir vətəndaş minimum 100 ədəd,maksimum 75 000 ədəd ABB səhmi sifariş verə bilər.

Bankın səhmlərinə abunə yazılışını ABB mobile tətbiqindəki“İnvestisiya” bölməsindən, ABB-nin bütün filiallarından, həmçinin,səhmlərin emissiyasının anderrayteri olan “ABB İnvest” vəölkəmizdəki digər investiya şirkətləri vasitəsilə həyata keçirməkolar.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib:“Emissiya prosesi başa çatdıqdan sonra da Azərbaycandövləti yenə Bankımızın əsas böyük səhmdarı kimi qalacaq. Banka iriözəl investorların deyil, məhz kiçik pay sahibi olan investorlarıncəlb edilməsinə üstünlük verilir. Çünki məqsəd daha çoxvətəndaşımızın ABB-də pay sahibi olub alternativ investisiyafürsətlərindən faydalana bilməsidir. Bunun ölkəmizin qiymətlikağızlar bazarına əhəmiyyətli müsbət təsirləriolacaq”.

ABB ölkənin və regionun ən gəlirli kommersiya qurumlarındandır.Bank illik mənfəətindən səhmdarlarına davamlı şəkildə dividendlərödəyir. Son üç il üzrə dividend ödənişinin məbləği 2022-cü ildə 125milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə185 milyon manat olub. Bu il ABB-nin səhmlərinin illik dividendgəlirliliyi 15,1%-ə yüksəlib.

Daha ətraflı məlumatı buradan əldə edəbilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etməkolar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
16
az.trend.az

10Mənbələr