AZ

Bu gün nəşi tapılan hərbçimizlə bağlı maraqlı fakt

Xəbər verdiyimiz kimi, iyunun 9-da naməlum şəraitdə itkin düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində nəşi aşkar edilib.

Teleqraf.com Bizim.media-ya istinadla xəbər verir ki, əslən Ordubaddan olan Ceyhun Hüseynov Azərbaycan Diplomatik Akademiyasının (ADA) tələbəsi olub.

Bildirilib ki, Ceyhun universitetə yüksək balla daxil olub və qırmızı diplomla bitirib. O, magistratura təhsilini isə Çində alıb.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
12
teleqraf.com

10Mənbələr