AZ

Azərbaycan millisi Albaniyada hazırlıq keçəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iki mərhələli təlim-məşq toplanışı olacaq.



Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli əvvəlcə iyunun 13-dən 14-dək Bakıda hazırlıq keçəcək.



Toplanışın ikinci mərhələsi iyunun 15-dən 20-dək Albaniyanın Dürres şəhərində baş tutacaq. U-17 hazırlıq zamanı Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq görüşünə çıxacaq. İlk matç iyunun 17-də, ikinci qarşılaşma isə 19-da keçiriləcək. “Egnatia Arena”da təşkil olunacaq hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.



Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:



1Məhdi HəsənovNeftçi2Rauf ƏyyubovSabah3Həzrət SəmədovSabah4Fərid CabbarlıZirə5Əlibəy MahmudovSabah6Tuncay ƏhmədovMarset (İspaniya)7Nadir NəsibliMarset (İspaniya)8Səttar TahirzadəMarset (İspaniya)9Muhammad ÇodarovMarset (İspaniya)10Murad QurbanovZirə11Sinan MehdizadəMarset (İspaniya)12Nihad İsaqovKəpəz13Əli QazibəyovQarabağ14Emil HəsənovSumqayıt15Abdulaziz CabbarlıQarabağ16İbrahim BabayevServette (İsveçrə)17İslam HəsənovSrvena Zvezda (Serbiya)18İbrahim XəlilovSabah19Ümid SəlimovSabah20Əli İbrahimQarabağ

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketləraffa Azərbaycan milli komandası U-17

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
2
komanda.az

3Mənbələr