AZ

Buntiç "Qarabağ"ın formasında - FOTOLAR

"Qarabağ" yeni futbolçusu Fabian Buntiçi ictimaiyyətə təqdim edib. 

Fanat.Az xəbər verir ki, qolkiperin Ağdam təmsilçisinin forması ilə "Azərsun Arena"da çəkilmiş şəkilləri klubun saytında paylaşılıb.

Xorvatiyalı qapıçı Ağdam klubunda 97 nömrəli forma ilə çıxış edəcək.

Xatırladaq ki, dünən "Qarabağ" yeni mövsüm üçün ilk transferini reallaşdırıb. Klubla Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiper arasında üç illik müqavilə imzalanıb. 

Buntiçin son klubu 2022-ci ilədək şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.
 

Seçilən
103
3
fanat.az

4Mənbələr