AZ

Qarabağ Universiteti müəllim vəzifəsinə işə qəbul elan edir

Qarabağ

Bakı, 11 iyun, AZƏRTAC

Qarabağ Universitetində Azərbaycan dili, tarix, riyaziyyat, data analitikası, iqtisadiyyat, təhsil, fizika, hüquqşünaslıq, psixologiya və sosiologiya istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) müəllim” yazmaqla [email protected] ünvanına göndərə bilərlər.

Vakansiya üzrə müraciət iyunun 25-dək qəbul olunacaq. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
19
azertag.az

10Mənbələr