AZ

Fransa çempionu olan azərbaycanlı - FOTO

Azərbaycan şahmatçısı Rauf Məmmədov Fransa çempionu olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat xidməti məlumat yayıb.

Yarış 7 turdan ibarət olub və 8 komandanın iştirakı ilə keçirilib. Rauf Məmmədovun çıxış etdiyi “Chartres Echecs” 30 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Məmmədov 6 oyunda 2 qələbə və 4 heç-heçəyə imza atıb.

Çempion komandanın kapitanı Fransada yaşayan azərbaycanlı şahmatçı Namiq Quliyev olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
7
sportinfo.az

10Mənbələr