AZ

Keçmiş nazir yenidən hakim qarşısına çıxarılıb - "Hər ay 800 min - 1 milyon manat yığılıb və..."

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi olub.

Mia.az xəbər verir ki, iyunun 11-də Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İfadələrə əsasən, gömrük keçid məntəqələrində Naxçıvana gətirilən malların qarşılığında təyin olunan proqramlar vasitəsilə pul yığılıb. Bu məbləğ hər ay 800 min - 1 milyon manat olub və maliyyəçilərə verilib. Onlar da pulları komitədə Rafael Əliyevə və Mənsur Əsgərova çatdırıblar. Pullar gömrük məntəqələrindən manat və dollarla toplanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
6
mia.az

10Mənbələr