AZ

Mirzoyan ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayenlə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ararat Mirzoyan Azərbaycanla münasibətlərin normallaşmasından danışıb. Onun sözlərinə görə, sülh müqaviləsi layihəsi üzərində işi başa çatdırmaq üçün tarixi məqam və real imkan var.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen isə bildirib ki, ölkəsi ABŞ-Ermənistan Strateji Dialoqunun formatını Strateji Tərəfdaşlıq üzrə Komissiya olaraq dəyişmək istəyir.

O bu məqamın iki ölkə arasında birgə tərəfaşlığı gücləndircəyinə imkan verəcəyini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
50
nocomment.az

10Mənbələr