AZ

Rusiya İranla əməkdaşlıq müqaviləsini dayandırıb

Moskva və Tehran arasında hərtərəfli əməkdaşlığa dair yeni saziş iranlı tərəfdaşların üzləşdiyi problemlərə görə dayandırılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın dövlət xəbər agentliyi RİA yazıb ki, Xarici İşlər Nazirliyinin rəsmisi Zamir Kabulov dayandırma qərarının müvəqqəti qərar olduğunu bildirib.

İran tərəfindən isə məsələ ilə bağlı hələlik heç bir şərh yoxdur. Son illər yaxın münasibətlər quran Rusiya və İran ABŞ-ın zərərli hesab etdikləri xarici siyasətinə qarşı çıxaraq daha ədalətli və çoxqütblü dünya nizamı qurmağa çalışırlar. 2022-ci ilin sentyabrında Rusiya prezidenti Vladimir Putin və İslam prezidenti İbrahim Rəisi arasında keçirilən görüşdə Moskva ilə Tehran arasında yeni böyük razılaşma üzərində iş aparıldığı açıqlanıb.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
sia.az

2Mənbələr