AZ

Dövlət istiqrazlarına xarici investorlar da əldə ediblər – PAŞA Kapital İ.Ş.

İngiltərənin bir bankı, eləcə də Polşadan olan investorlar Azərbaycanın dövlət istiqrazları bazarında aktiv fəaliyyətə başlayıblar.

Bunu Banker.az-ın sorğusuna cavab olaraq “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Ceyhun Hacıyev keçirdiyi mətbuat konfrasında deyib.

“Bunların sayı 1000-lərlə deyil, amma var”- deyə, şirkət rəhbər qeyd edir. Və bildirir ki, 10-a qədər belə bir müştəri var. “Korporativ istiqrazlara isə maraq çox azdır, yox səviyyəsindədir”

Direktor əlavə edir ki, hazırda biz həmin investorlara vasitəçilik xidmətləri göstərilir. Milli Depozit Mərkəzi öz platformasını beynəlxalq depozit mərkəzlərinə inteqrasiya etdikdən sonra daha çox xarici investor Azərbaycan bazarına daxil olacağını əlavə edib.

“Onlar [xarici investorlar] əsasən rəqəmsal imkanlardan yararlanaraq almaq istəyirlər”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
50
banker.az

10Mənbələr