AZ

Polşa millisində 2 itki

Polşa millisi ciddi itkilərlə üzləşib.

Apasport.az xəbər verir ki, Robert Levandovski və Karol Sviderski Türkiyəyə qarşı keçirilən yoldaşlıq görüşündə zədələnib. Hər iki futbolçu ilk hissədə əvəzlənib.

"Barselona"nın forvardı oyun zamanı zədə alıb. Sviderski isə vurduqları qolu qeyd edərkən sıradan çıxıb. 

Hər iki futbolçunun Avropa çempionatının startına qədər hazır olub-olmayacağı qarşıdakı günlərdə bəlli olacaq.

Qeyd edək ki, Polşa Almaniyada keçiriləcək Avropa çempionatında Niderland, Avstriya və Fransa ilə birlikdə D qrupunda yer alacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
3
apasport.az

4Mənbələr