AZ

Aİ UKRAYNANIN ÜZVLÜYÜNƏ DAİR DANIŞIQLARA İYUNUN SONUNA KİMİ BAŞLAYACAQ

Avropa İttifaqı iyunun sonunda Ukraynanın qəbulu ilə bağlı danışıqlara başlayacaq.

Tezadlar.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Berlində Ukraynanın bərpasına dair konfransda deyib.

“Aİ bu ayın sonuna kimi Ukraynanın qəbulu ilə bağlı danışıqlara başlamalıdır”, - o deyib.

Daha əvvəl “Financial Times” Brüsseldəki mənbələrə istinadən danışıqların iyunun 25-də başlayacağını bildirib. Ukraynayönlü partiyaların nəticələrini korlamamaq üçün danışıqlar mart ayından Avropa Parlamentinə seçkilərin keçirilməsinə qədər təxirə salınıb.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
tezadlar.az

2Mənbələr