AZ

Azərbaycanın “ASAN xidmət” modelinə Birləşmiş Ərəb Əmirliklərində böyük maraq var VİDEO

Azərbaycanın

Bakı, 11 iyun, AZƏRTAC

2022-ci ildə Azərbaycanla Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) arasında saziş imzalanıb. Bu sazişdə əsas məqsəd “ASAN xidmət” modelinin Birləşmiş Ərəb Əmirliyində öyrənmək, eyni zamanda, bu ölkənin nümunəvi modellərinin Azərbaycanda tətbiqidir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

“Birləşmiş Ərəb Əmirliklərində “ASAN xidmət”ə böyük maraq var və “ASAN”nın ayrı-ayrı komponentlərinin bu ölkədə tətbiqi üçün əməkdaşlığımız davam edir”, - deyə, Ü.Mehdiyev vurğulayıb.

 

Seçilən
78
1
azertag.az

2Mənbələr