AZ

Pul töküb xarici məşqçi gətirməyə ehtiyac yoxdur - Ramin Musayev

Bakı. Trend:

Qazaxıstan zəif komanda deyil.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının sabiqprezidenti Ramin Musayev deyib.

O, bu gün Macarıstanda keçiriləcək Azərbaycan – Qazaxıstanoyununu dəyərləndirib. Musayevin sözlərinə görə, əvvəldən də tanışrəqiblə qarşılaşma asan olmayacaq:

“Millimiz bu gün müvəqqəti məşqçi Arif Əsədovun rəhbərliyialtında meydana çıxacaq. Futbolçu üçün bunun fərqi böyükdür. Çünkikomanda daimi baş məşqçi olduğu zaman daha məsuliyyətli oynayır.Hər halda, təyin edilən məşqçi ən azından cavabdehlik daşıyar.Bütün bunlarla yanaşı, hazırda futbolçuların istirahət vaxtıdır.Baş məşqçi məsələsinə aydınlıq gəlsəydi, daha ürəklə oynayarlar.Həmçinin artıq öz güclərini göstərməlidirlər. Bu gün üçün yaxşıfutbolçularımız var. Sadəcə onlardan yaxşı istifadə etməklazımdır”.

PFL-in sabiq rəhbəri Azərbaycan millisində baş məşqçi postunaəcnəbinin gətirilməsinin də əleyhinə olduğunu vurğulayıb:

“AFFA-nın yeni prezidenti Rövşən Nəcəf bu sahədə düzgün qərarverəcək. O, gəncdir və istəklidir. Bu sahədə 20 illik təcrübəsiolan biri kimi deyə bilərəm ki, yerli baş məşqçidən yapışmaqlazımdır. Fikrimcə, öz məşqçilərimizdən yaxşısı yoxdur. Yerlifutbolçularımızın nəyə malik oluğunu çox gözəl bilir. Ancaq ona damüəyyən səlahiyyətlər verilməli və qarşısına "filankəsioynatmalısan" kimi şərtlər qoyulmamalıdır. Bir sözlə, xaricdəehtiyatda oturanları oynatmaq lazım deyil.

Praktikaya nəzər salsaq, əcnəbi baş məşqçilərlə nə əldəetdiyimizi görərik. Bizə heç bir xeyirləri dəyməyib. Ona görə dəyalandan pul töküb xarici məşqçi gətirməyə ehtiyac yoxdur. Yerlimütəxəssis nəticə verməsə, ən azı sabah şəhərə çıxanda azarkeşdənçəkinəcək ki, qarşımı kəsib sual verərlər. Xarici məşqçi uduzandaisə “nə edim belə alındı” deyir”.

Qeyd edək ki, Azərbaycan - Qazaxıstan görüşü saat 18:00-da startgötürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
3
az.trend.az

4Mənbələr