AZ

İran prezidentini aparan helikopterin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb

Bakı. Trend:

İran prezidenti və onu müşayət edən heyəti Xudafərindən Təbrizəaparan helikopterin qəzaya uğraması ilə bağlı cinayət işiaçılıb.

Trend-in məlumatına görə, bunu İranın Məhkəmə Sisteminin sözçüsüƏsğər Cahangir bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, helikopter qəzaya uğradıqdan dərhal sonraİran Silahlı Qüvvələrinin ədliyyə idarəsi tərəfindən heyət bu işəcəlb olunub.

Cahangir bildirib ki, hazırda faktlar və yekun hesabatlartoplanmaqdadır. Təhqiqatın başa çatması və Məhkəmə Sisteminə təhvilverilməsi ilə məsələ bütün cəhətlərdən araşdırılacaq və qanunivaxtda nəticəsi elan olunacaq.

Xatırladaq ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xariciişlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbrizüzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycanvilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparanhelikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəzanəticəsində 9 nəfər həlak olub.

Seçilən
166
1
az.trend.az

2Mənbələr