AZ

Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı

İyunun 12-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən AFN.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.Gecə və səhər arabir duman müşahidə ediləcək. Dağlıq və dağətəyi rayonlarda qərb küləyi əsəcək və arabir güclənəcək.Havanın temperaturu gecə 18-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
49
afn.az

10Mənbələr