AZ

Şükürbəylidə təhsil müəssisəsinin tikintisinə başlanılır

Cəbrayıl rayonunun Şükürbəyli kəndində məktəbəqədər təhsil müəssisəsinin tikintisinə başlanılır.
 
Moderator.a iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı hazırlıqlara start verib.
 
Fond tikinti işlərini "Konsept Holding" şirkətinə həvalə edib.
 
Belə ki, şirkət 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində 80 yerlik məktəbəqədər təhsil müəssisəsinin tikintisini həyata keçirəcək.
 
Şirkətlə Fond arasında 1,73 milyon manat dəyərində müqavilə bağlanıb.
 
Seçilən
94
3
moderator.az

4Mənbələr