Norveç Müdafiə Nazirliyi ölkədə “Leopard 2” tanklarının yığılmasına başlandığını elan edib.
KONKRET.az Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə detallı Norveçin Müdafiə naziri Byorn Arild Qram danışıb:
“Bu gün tarixdə ilk dəfə Norveçdə tankların yığılması ilə bağlı müqavilə imzalayan KNDS Deutschland və RITEK-i təbrik edirəm. 54 “Leopard 2” tankından 37-si artıq yığılır”, – Norveç Müdafiə Nazirliyinin rəhbəri Byorn Arild Qram bildirib.
O, montaj işlərinin Levangerdəki RİTEK zavodunda aparılacağını deyib.
Günel Mikayılova,
KONKRET.az