AZ

Bakı və İrəvanın sülh sazişi layihəsi üzərində işi yekunlaşdırmaq üçün real imkanı var - Mirzoyan

Bakı. TurkicWorld:

Bakı və İrəvanın sülh sazişi layihəsi üzərində işi yekunlaşdırmaq üçün real imkanı var.

TurkicWorld Ermənistan KİV-ə xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-Ermənistan Strateji Dialoqu üzrə yekun iclasın açılışında deyib.

Azərbaycanla sülh sazişi layihəsi üzərində işi yekunlaşdırmaq üçün tarixi məqamın olduğunu deyən Mirzoyan Ermənistanın Azərbaycanla münasibətlərin normallaşmasına və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanaraq sərhədlərin delimitasiyasına sadiq olduğunu əlavə edib.

"Sülh sazişi layihəsini yekunlaşdırmaq üçün tarixi real məqamdır, bu sülh sazişinin imzalanması regionda uzunmüddətli sülh üçün yeni qapı aça bilər", - Ermənistan XİN rəhbəri deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
2
turkic.world

3Mənbələr