AZ

Dövlət Xidmətinin şöbə müdiri: Kənd təsərrüfatı məhsullarının istehsalında göstəricilərimiz yaxşıdır

Dövlət Xidmətinin şöbə müdiri: Kənd təsərrüfatı məhsullarının istehsalında göstəricilərimiz yaxşıdır

Kənd təsərrüfatı məhsullarının istehsalında göstəricilərimiz yaxşıdır. Ölkəmiz kənd təsərrüfatı məhsullarının istehsalı ilə özünü təmin edir. Lakin aqrar sektorda emal məhsullarına nəzər yetirsək, bu sahədə görüləsi işlərimiz çoxdur.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin iyunun 11-də keçirilən iclasında müzakirəyə çıxarılmış Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev bildirib.

O deyib ki, bu gün fermerlər istehsal etdikləri məhsulların bazara çıxarılmasında, onların sənayeləşdirilməsində çətinliklərlə rastlaşırlar. Bunun qarşısını almaq üçün təşəbbüslər çoxdur. Son zamanlar xeyli aqroparklar, sənayeyönümlü müəssisələr yaradılıb, ixrac potensialımız güclənib. İstəyirik ki, gələcəkdə ölkə kənd təsərrüfatı sahəsində xammal ixracatçısından məhsul ixracatçısına çevrilsin.

Mənbə: AZƏRTAC

Seçilən
95
1
ilk.az

2Mənbələr