AZ

Ceyms O'Brayen: Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsi səylərini dəstəkləyirik

Vaşinqton Cənubi Qafqazda dayanıqlı sülh əldə edilməsi səylərini dəstəkləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen ABŞ-Ermənistan Strateji Dialoqu üzrə iclasın açılışı zamanı çıxışında deyib.

    Ceyms O'Brayen Vaşinqtonun regionda davamlı sülhün bərqərar edilməsi səylərini dəstəklədiyini vurğulayıb.

    "Biz həmçinin Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanların genişləndirilməsi üzərində işləyirik və Ermənistanla Azərbaycan arasında davamlı sülh olarsa, bu imkanlar daha da genişlənəcək. Və biz bu sahədə səyləri dəstəkləməkdən məmnunuq", - o əlavə edib.

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    37
    6
    bakivaxti.az

    7Mənbələr