Malavi vitse-prezidenti Saulos Çilima təyyarə qəzasında həlak olub.
Azpost.info xəbər verir ki, bu barədə Malavi hökumətindən bildirib.
Nazirlər Kabineti əlavə məlumat verməyib.
Siyasətçinin göyərtəsində olan 9 nəfərin taleyi barədə də məlumat verilməyib.
Malavinin vitse-prezidenti Saulos Çilima iyunun 10-da paytaxt Lilonqvedən yola düşüb. Onunla birlikdə daha 9 nəfərin də olduğu məlum olub. Daha sonra təyyarə radarlardan itib. SHOT Teleqram kanalının məlumatına görə, havaya qalxdıqdan sonra təyyarə ilə əlaqə kəsilib.
Malavi prezidenti Lazarus Çakvera bununla bağlı axtarış-xilasetmə əməliyyatını başladıb. Yerli mətbuatın məlumatına görə, Afrika dövlət başçısı Çilimanın təyyarəsinin itməsi səbəbindən Baham adalarına xarici səfərini ləğv edib.
Azpost.info