AZ

İsveçli siyasətçi irqçi mahnıdan sonra parlament binasını tərk edib

Bakı. Trend:

İsveç Demokratlar Partiyasından David Lonq Aİ seçkilərininnəticələrinin gözlənildiyi tədbirdə irqçi “Ausländer raus”mahnısını oxuduqdan sonra Riksdağı tərk edib.

Trend xəbər verir ki, hadisə İD partiyasının üzvü RiçardYumşofun tədbirdə “L'Amour Toujours” mahnısının ifa edilməsininməqsədəuyğunluğu ilə bağlı müsahibəsi zamanı baş verib.

Payızda sözləri yenidən yazılmış mahnı ultrasağçı və sağçıpopulist dairələrdə yayılıb. Yeni ifrat sağ mənasına görə mahnıqadağan edilib.

Bu zaman David Lonq qabağa çıxıb və “Ausländer raus” deyəqışqırıb. İfadə yenidən yazılmış alman mətninə daxil edilib, həm dəhəddindən artıq sağ dairələrdə məşhurdur. Onun mənası “əcnəbilər,bayıra” deməkdir.

Lonq “Expressen” qəzetinin müxbirini görəndə deyib: “Lənətolsun! Sən bunu yazırsan?”

Qəzetin yazdığına görə, deputat daha sonra müxbirin kamerasınıəlindən almağa cəhd göstərib və tezliklə tədbiri tərk edib.

İD qrupunun lideri Linda Lindberq deyib: “Mənim şərhim belədirki, Davidin hərəkətlərində heç bir gizli məqsəd yox idi, lakinaxşam saatlarında onun çox əsəbi olduğu və ümumiyyətlə, çılğıntərzdə hərəkət etdiyi açıq-aydın görünürdü”. Lindberqin DavidLonqla söhbətindən sonra sonuncunun parlamentdən ayrılacağı məlumolub.

Baş nazir Ulf Kristersson hadisəni belə şərh edib: “Mən bu cürdavranışı, irqçi mahnıları və siyasətdə vulqarlığı sevmirəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
az.trend.az

3Mənbələr