AZ

"COP29 iqlim dəyişikliyi ilə mübarizədə tarixi uğur olacaq" -  BƏƏ-nin inkişaf naziri

"BƏƏ Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iqlim dəyişikliyi ilə mübarizədə tarixi uğur olacağına əmindir".

525.az “Report”a istinadən xəbər verir ki, bunu BƏƏ-nin inkişaf və gələcək hökumət məsələləri üzrə dövlət naziri Ohud Bint Xəlfan Əl Rumi Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri Nazirlərinin Təcrübə Mübadiləsi Forumunda çıxışı zamanı deyib.

“Azərbaycanı bu ilin noyabrında COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik etmək istərdim. Ölkənin bərpa olunan enerjinin və davamlı inkişafın təşviqində qabaqcıl səylərini nəzərə alaraq, Azərbaycanın rəhbərliyi altında COP29-un tarixi uğur qazanacağına əminik”, - o vurğulayıb.























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
5
525.az

6Mənbələr