AZ

Türkiyədə kəskin istilər: 40 dərəcəni keçəcək

Türkiyənin cənub bölgələri başda olmaqla, bir çox yerlərində havanın temperaturu çərşənbə günündən etibarən 8-12 dərəcə yüksələcək və 40 dərəcəni keçəcək.

Olaylar bildirir ki, Antalya kurortunda və ətraf ərazilərdə termometr 45 dərəcəyə qədər yüksələ bilər. Bu barədə respublikanın ekologiya naziri Mehmet Özhaseki bildirib.

Onun sözlərinə görə, bu həftə Ankara və İstanbulda hava isti olacaq - müvafiq olaraq 34-36 və 32-34 dərəcə. Türkiyənin mərkəzi və cənub-şərqini, xüsusilə Diyabəkir və Şanlıurfa vilayətlərini 40 dərəcə istilər əhatə edəcək.

Meteoroloqlar Türkiyədə isti havanın ən azı həftənin sonuna qədər davam edəcəyini və temperatur rekordunun qeydə alındığı keçən ilin eyni dövrü ilə müqayisədə daha yüksək olacağını gözləyirlər. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
9
olaylar.az

10Mənbələr