AZ

Aquero onu “Mançester Siti”nin ən mükəmməl oyunçusu sayır

“Mançester Siti”nin argentinalı sabiq hücumçusu Serxio Aquero bu gün hansı futbolçunu “şəhərlilər”in ən yaxşısı hesab etdiyini bildirib.

Arena.az Aqueronun bu barədə fikirlərini təqdim edir:

“Mən Filip Fodenə 16 yaşında bazada məşq etməyə başlayanda diqqət yetirmişdim. Uşaq idi, amma o vaxt da Premyer Liqada uğur qazana biləcəyi bəlli idi. Düşünürəm ki, Filin “Mançester Siti”də inanılmaz gələcəyi var. Mən onu hazırda komandanın ən kamil oyunçusu hesab edirəm”, deyə Aquero vurğulayıb.

Filip Foden “Mançester Siti”nin yetirməsidir. İngilis vinger “şəhərlilər”in əsas komandasında 2016-cı ildən çıxış edir. Fodenin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Fil “şəhərlilər”in heyətində bütün yarışlarda 53 oyuna çıxıb, 27 qol vurub, 12 məhsuldar ötürmə verib. Fodenin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belə təsvir yaradır: 270 oyun, 87 qol, 53 məhsuldar ötürmə.

Fodenin qənimətlər muzeyində “Mançester Siti” ilə qazandığı 17 kubok var. Bunlara İngiltərə Premyer Liqası (6 dəfə), İngiltərə Kuboku (2 dəfə), İngiltərə Liqa Kuboku (4 dəfə), İngiltərə Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku daxildir.

Filip Foden 2020-ci ilin sentyabr ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 34 oyuna çıxıb. O, bu oyunlarda rəqib qapılarından 4 top keçirib, həmçinin 8 məhsuldar ötürmə ilə fərqlənib. Foden İngiltərənin U-17 yığması ilə 2017-ci ildə keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı ingilis vingerin transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
arena.az

10Mənbələr