AZ

Azərbaycanda bu tikinti materiallarının qiymətində - BAHALAŞMA VAR - SİYAHI

Azərbaycanda 2024-cü ilin aprelində tikintidə istifadə edilən bir sıra mühüm materialların qiymətləri illik müqayisədə bahalaşıb.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Həmin materiallardan parket, sulu boya, pəncərə şüşəsi, divar kağızları və onlar üçün yapışqan, sement kimi materiallar isə illik mübahisədə bahalaşıb.

Bahalaşma isə ən çox parket (8,3%), sulu boya (8%), pəncərə şüşəsi (5,5%) və divar kağızlarında (5,3%) müşahidə olunub.

İllik müqayisədə qiyməti aşağı düşmüş kəsilmiş taxta, ağac lifli lövhə, ağac yonqar lövhə, keramik plitə yapışdırcısı aylıq müqayisədə bahalaşıb.

Sementin qiymətində aylıq 1,4%, illik isə 3,6% bahalaşma müşahidə edilir.

Kəsilmiş taxtaların qiyməti son bir ildə 4,7% ucuzlaşsa da, son bir ayda 0,9% bahalaşıb.

Laminat parketinin qiymətində illik 0,2% ucuzlaşma, aylıq 0,3% bahalaşma baş verib.

Parketin, kanalizasiya borusunun, polietilen su borusunun və parket üçün lakın qiymətində son bir ayda heç bir dəyişiklik olmayıb.

Daha ətraflı aşağıdakı cədvəldə:

Məhsulun adı

Ölçü vahidi

2024 aprel

2024  mart

2023 aprel

aylıq müqayisə

aylıq faizlə müqayisə

illik müqayisə

illik faizlə müqayisə

Parket

1 kv, m

41,13

41,13

37,99

0

0,00%

3,14

8,27%

Sulu boya

1 litr

3,55

3,54

3,29

0,01

0,28%

0,26

7,90%

Pənсərə şüşəsi

1 kv, m

16,67

16,63

15,8

0,04

0,24%

0,87

5,51%

Divar kağızı üçün yapışqan

1 kq

25,3

25,41

24,03

-0,11

-0,43%

1,27

5,29%

Divar kağızları

1 rulon

22,42

22,66

21,4

-0,24

-1,06%

1,02

4,77%

Vanna

1 ədəd

302,92

302,42

290,27

0,5

0,17%

12,65

4,36%

Sement

50 kq

8,93

8,81

8,62

0,12

1,36%

0,31

3,60%

Kanalizasiya borusu

1 metr

2,37

2,37

2,32

0

0,00%

0,05

2,16%

Plastik pəncərə

1 kv, m

108,06

108,12

105,96

-0,06

-0,06%

2,1

1,98%

Unitaz

1 ədəd

137,75

137,66

136,55

0,09

0,07%

1,2

0,88%

Metal kirəmit

1 kv, m

12,67

12,62

12,58

0,05

0,40%

0,09

0,72%

Polietilen su borusu

1 metr

1,77

1,77

1,76

0

0,00%

0,01

0,57%

Parket üçün lak

1 litr

7,65

7,65

7,62

0

0,00%

0,03

0,39%

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
fed.az

2Mənbələr