AZ

Ukrayna F-16 təyyarələrinin vaxtından əvvəl çatdırılmasını gözləyir - Baş nazir

Bakı. Trend:

Ukrayna F-16 qırıcılarını mümkün qədər tez almaq istəyir.

Trend xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri DenisŞmıqal öz "Telegram" kanalında məlumat paylaşıb.

Hökumət başçısı Kiyevə səfər edən Niderlandın müdafiə naziriKaysa Ollonqren ilə görüşüb. Şmıqal və Ollonqren ölkələr arasındabirgə hərbi istehsal və müdafiə texnologiyalarının mübadiləsinimüzakirə ediblər. Baş nazir Niderlandın Ukraynanı Şimali AtlantikaAlyansı ölkələri ilə birgə “Patriot” zenit-raket kompleksləri ilətəchiz etmək təşəbbüsünü qeyd edib.

Şmıqal xüsusilə vurğulayıb ki, Kiyev F-16 təyyarələrinintezliklə təhvil verilməsini gözləyir. Bu da infrastrukturunqorunmasına kömək edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
6
az.trend.az

7Mənbələr