AZ

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər yaşıl əməkdaşlıq baxımından da vacibdir

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan hökuməti olaraq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əməkdaşlıqdan məmnunuq. İki qardaş ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumu”nda çıxış edərkən deyib.

Ü.Mehdiyev bildirib ki, Azərbaycan ilə BƏƏ arasında əməkdaşlıq ən yüksək səviyyədədir. Onun sözlərinə görə, iki dövlət arasında münasibətlər yaşıl əməkdaşlıq baxımından da vacibdir.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
azertag.az

2Mənbələr